24/04/2019 02:39
728 x 90

Dünyanın ən böyük təyyarəsi ilk uçuşunu reallaşdırdı - Qanad açıqlığı 117 metr, ağırlığı 226 ton... - VIDEO

img

Dünyanın ən böyük təyyarəsi ilk uçuşunu reallaşdırıb. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, “Stratolaunch” şirkəti tərəfindən hazırlanan 117 metrlik qanad açıqlığına sahib, 226 tonluq “Roc” adlı təyyarə Kaliforniyadakı Mojave hava limanından qalxıb.

Bu uçuş, raketləri havadan orbitə göndərmək üçün hazırlanmış təyyarə üçün kritik ilk sınaq uçuşu olub. Şirkətin məlumatına görə, sınaq uçuşu 150 dəqiqə davam edib və təyyarə təhlükəsiz şəkildə yerə enib.

Təyyarə 6 ədəd Boeing 747 mühərriki ilə təmin edilib və 250 tonluq yükdaşıma qabiliyyətinə malikdir.

Iki gövdəli “Stratolaunch” planetin ətrafında orbitə göndəriləcək raketləri buraxmaq üçün nəzərdə tutulub. Kosmik tədqiqatlarda istifadə ediləcək təyyarə, raketləri təxminən 10 kilometr yüksəkliyə qaldırıb oradan orbitə göndərəcək.

;

Son xəbərlər