YPG/PKK terror təşkilatı, Suriyanın Raqqa şəhərində əlinə keçirdiyi Tabka hərbi bazasındakı Bəşər Əsəd rejiminə məxsus köhnə hərbi təyyarə və avadanlıqları İraqa daşıyır.
Baki-xeber.com Türkiyə mediasına istinadən xəbər verir ki, yerli mənbələr, YPG/PKK terror təşkilatının əlindəki Tabka hərbi bazasındakı rejim təyyarələrinin hücumlar nəticəsində sıradan çıxmış döyüş təyyarələri olduğunu deyir. Mənbələr bildirirlər ki, İraq-Suriya sərhədindəki Simelka sərhəd keçid məntəqəsindən İraqa daşınan bu döyüş təyyarələri hissələnib satıla bilər.
YPG/PKK terror təşkilatını dəstəkləmək üçün fransalı əsgərlərin də yerləşdirildiyi Tabka hərbi bazası 2017-ci ildən terrorçuların nəzarətidədir.