19/07/2019 12:48
728 x 90

Londondakı Ukrayna səfirliyinə silahlı hücum... Səfirin avtomobili hədəf seçildi

img

Böyük Britaniyada silahlı hücum baş verib. Baki-xeber.com xəbər verir ki, hücumdan dərhal sonra, Ukraynanın Londondakı səfirliyi bağlanıb.

Məlumata görə, hadisə Ukraynanın Londondakı səfirliyi yaxınlığında baş verib. Bir avtomobildən səfirliyin binası istiqamətində 3 dəfə atəş açılıb. Polis də hücuma atəş açaraq cavab verib. Hücumdan sonra Ukrayna səfirliyi bağlanıb.

Ukrayna səfirliyi, silahlıların səfirin park edilmiş avtomobilini hədəf aldığını bildirib. Açıqlamada, London polisinin silahlı hücuma qarşılıq verdiyi və itki və ya xəsarət alanın olmadığı bildirilir.

Son xəbərlər