24/04/2019 02:40
728 x 90

ABŞ mediasından şok iddia - Liviyadakı üsyançı general Tripoli hökumətini Səudiyyənin milyonları ilə yıxmağa çalışır

img

Liviyanın şərqindəki hərbi qüvvələrin rəhbəri general Xəlifə Haftarın paytaxt Tripolini ələ keçirmək üçün başlatdığı əməliyyata dəstək üçün Səudiyyə Ərəbistanı milyonlarla dollar yardım vədi verib.

Baki-xeber.com xəbər verir ki, bu barədə “Wall Street Journal” qəzetinin Səudiyyə hökumətindən yüksək səviyyəli rəsmilərə istinadən məlumat yayıb.

Qəzet iddia edir ki, , general Haftar Tripolini ələ keçirmək üçün başladığı hücumdan bir neçə gün əvvəl Səudiyyə Ərəbistanına səfər edib. Səudiyyə Haftarın Tripolini ələ keçirmək üçün başlatdığı əməliyyata dəstək üçün milyonlarla dollar yardım vədi verib.

Iddialara görə, Haftarın 27 martda Ər-Riyada səfərdə olarkən kral Salman bin Abdulaziz və vəliəhd şahzadə Məhəmməd bin Salmanla görüşüb.

Haftar Birləşmiş Ərəb Əmirlikləri və Misirdən da dəstək alıb, ancaq Misir Hafterə dəstək verdiyini inkar edir, Birləşmiş Ərəb Əmirliklərindən isə bu barədə heç bir açıqlama verilmir.

ABŞ rəsmiləri Rusiyanın da Haftara silah və hərbi müşavirlər göndərdiyini bildirsə də, Kreml bunu təkzib edir.

Qeyd edək ki, aprelin 4-də general Haftarın rəhbərlik etdiyi Liviya Milli Ordusu Tripolini ələ keçirmək üçün hücuma başlayıb. Hazırda generalın ordusu ilə Tripoli mərkəzli Milli Həmrəylik Hökumətinə tabe silahlı qüvvələr arasında paytaxt və ətrafında şiddətli döyüşlər gedir.

Son xəbərlər