19/07/2019 12:47
728 x 90

Ötən il Putinin gəlirləri azalıb, ən çox qazanan isə nazirləri olub

img

Rusiya prezidenti Vladimir Putin 2018-ci ildə 8 milyon 648 min 353 rubl gəlir əldə edib. Baki-xeber.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumata Kremlin saytında yer alıb.

2017-ci ildə 18 milyon 728 min qazanan Putinin gəliri 2018-ci ildə azalıb.

Baş nazir Dmitri Medvedyevin isə keçən il 9 milyon 917 min rubl gəlir əldə etdiyi qeyd edilir.

Bəyannaməyə görə, Putinin Rusiyada şəxsi mülkiyyətində 2 mənzili, 2 avtomobil qarajı, 3 avtomobili, Medvedyevin isə 367,8 kv metr mənzili və iki avtomobili var.

Rusiyanın sənaye və ticarət naziri Denis Manturovun keçən il ən yüksək gəlir əldə edən nazir olub -443 milyon 384 min rubl. Onu 183 milyon 778 min rubl gəlirlə Rusiyanın kənd təsərrüfatı nazir Dmitri Patrushev izləyir.

Rusiya müdafiə naziri Sergey Şoyu isə keçən il 11 milyon 532 min rubl qazanıb. Xarici işlər naziri Sergey Lavrov isə 7 milyon 340 min rubl gəlir əldə edib.

Son xəbərlər