19/07/2019 12:42
728 x 90

Kremldən ABŞ-ı qıcıqlandıracaq açıqlama... "S-400"ün Türkiyə ilə birgə istehsalından söhbət gedə bilməz, ancaq...

img

Bir neçə gün əvvəl Moskvada bir araya gələn Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hərbi və texniki sahədə əməkdaşlıq imkanı yarandığını və iki ölkənin ortaq hərbi texnikalar istehsal edə biləcəyini bildirmişdilər.

Baki-xeber.com xəbər verir ki, bununla bağlı açılama verən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Türkiyə ilə birgə "S-400" zenit-raket komplekslərinin birgə istehsalından söhbət getmədiyini deyib.

"Söhbət "S-400" zenit-raket komplekslərinin kompleks şəkildə birgə istehsalından getmir və gedə də bilməz. Bu yeni bir silah növüdür. Lakin hər hansı komponentlərin birgə istehsalından söhbət gedə bilər", - deyə Peskov vurğulayıb.

Peskov, bunların hərvi vasitələrin Türkiyə torpaqlarında istehsal ediləcəyini də vurğulayıb.

Xatırladaq ki, Martın 6-da ABŞ Dövlət Departamenti Türkiyəni sanksiyalarla hədələyib. Belə ki, Birləşmiş Ştatlar Rusiyadan "S-400" alarsa, Türkiyəyə sanksiyalar tətbiq edəcəklərini açıqlayıb.

Son xəbərlər