Rusiyanın müdafiə naziri naziri Sergey Şoyqu Dəməşqdə Suriya prezidenti Bəşər Əsədlə görüşüb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə RF Müdafiə Nazirliyindən bildirilib. Xəbərə görə, görüşdə Rusiya HKQ-nin İŞİD-ə qarşı mübarizədə uğurları kontekstində hərbi və hərbi-texniki əməkdaşlıq müzakirə olunub. Eyni zamanda görüş zamanı Suriya Ərəb Respublikasında stabilliyin bərpası, deeskalasiya zonasının fəaliyyəti və yerli əhaliyə humanitar yardım müzakirə mövzusu olub.
Xəbərdə xatırladılır ki, son həftələrdə Suriya Ordusu Rusiya hərbi aviasiyasının dəstəyilə Deyr-əz-Zor və Akerbat şəhərlərində İŞİD-ə qarşı əməliyyatlarda ciddi uğurlar əldə edib.