Kubada baş verən “İrma” qasırğası 10 nəfərin həyatına son qoyub.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə bazar ertəsi Mülki müdafiə təşkilatının Baş qərargahı xəbər yayıb. Xəbərdə deyilir ki. bugünə kimi Baş qərargaha 10 nəfərin həyatını itirməsi barədə əlumat daxil olub. Onların əksəriyyəti qasırğa nəticəsində olduğu binanın uçması səbəbindən dünyasını dəyişib. Belə ki, sentyabrın 8-də qasırğa ozünün ən maksimal həddinə çataraq böyük dağıntılara səbəb olub. Bu, Saffir-Simpson şkalasında beşinci hədd sayılır. Xəbərdə deyilir ki, analoji hal sonuncu dəfə Karib adalarında 1932-ci ildə yaşanıb. O zaman qasırğa Puerto-Rikaya, eyni zamanda İngiltərənin, Niderland və Fransanın sahib olduğu yaxınlıqdakı adalarda ciddi fəsadlar törədərək, ümumilikdə 38 nəfərin həyatına son qoyub.