BMT Təhlükəsizlik Şurası KXDR-ə qarşı yeni sanksiyalar paketini yekdilliklə qəbul edib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “Rönhap” agentliyi xəbər yayıb. Sanksiyalar əsasən Şimali Koreyaya göndərilən neft məhsullarının həcminin məhdudlaşdırılmasını nəzərdə tutur. Eyni zamanda bu məhdudiyyət xam neftə də aid edilir – onun həcmi ötənilki göstəricini keçməməlidir. Pxenyana isə tekstil məhsulları satmaq və kondensatlar almaq qadağan edilir.