İspaniya hökumətinin etirazlarına baxmayaraq, Katalonya bölgəsi müstəqillik referendumu qərarından imtina etmək fikrində deyil. Baki-xeber.com xəbər verir ki, artıq İspaniya hökuməti də referendumun qarşısını almaq üçün bütün tədbirlərə al atacağını bəyan edib – hüquqi yollardan tutmuş, hərbi müdaxiləyə qədər…
İspaniya hökumətinin yüksək rütbəli rəsmilərindən biri 1 oktyabr müstəqillik referendumunu önləmək üçün bütün qanuni yollardan istifadə ediləcəyini deyib. O, son variant da olsa hərbi müdaxilə ehtimalını da istisna etməyib.
"40 illik demokratiya tariximizdə keçmişi olmayan bir vəziyyətlə qarşılaşmışıq" deyən hökumət rəsmisi, bütün mümkün vəziyyətlərə hazır olduqlarını bildirib.
Referendum cəhdini önləmək üçün hökumətin Katalonyadakı bütün bələdiyyələrə yazlı xəbərdarlıq göndərildiyini ifadə edən hökumət rəsmisi, onlara Konstitusiya Məhkəməsinin qərarlarına əməl olunmayacağı halda nəticələrinin nə olacağının izah edildiyini deyib. Referendumla bağlı hər hansı bir elan və ya təbliğatın aparılmaması üçün Katalonyadakı ictimai media quruluşlarına da xəbərdar edilib.
O, 9 noyabr 2014-cü ildə Katalonyada müstəqillik səsverməsinin görüntülərinin, 1 oktyabrda qətiyyən yaşanmayacağını deyib: "1 oktyabrda heç bir şey olmayacaq. Bu qanunsuz bir hərəkətdir. Xalq səs verməyə getməyəcək. Buna icazə verilməyəcək. Ancaq bir neçə yerdə sandıq qoyub saxta səs verənlər olsa təbii ki onlara müdaxilə ediməyəcək. Qanuni hərəkət edəcəyik”.
Hökumət rəsmisi İspaniyada muxtariyyətlərin rəhbərliklərinin bütün haqqlarını donduran və mərkəzi hakimiyyətə keçməsini təmin edən Konstitusiyanın 155-ci maddəsinin Katalonya üçün tətbiq olunması ehtimalının da nəzərdən keçirildiyini deyib. O, Katalonyadakı müstəqillik cəhdlərini dayandırmaq üçün hərbi müdaxilə ehtimalı haqqında isə "Son variant da olsa istisna etmirik" deyə bildirib.
Katalonya hökumətinin bütün səylərinə və oyunlarına baxmayaraq, müstəqillik cəhdlərinə beynəlxalq ictimaiyyətdən dəstək tapa bilmədiyini deyən hökumət rəsmisi daha sonra bildirib: "Katalonyanı tanıyacaq heç bir ölkə yoxdur. Avropa Birliyi (AB), Venesiya Komissiyası, Birləşmiş Millətlər Təşkilatı və getdikləri bütün təşkilatlarda qapılar üzlərinə bağlandı".