Səudiyyə Ərəbistanı Qətər əmiri ilə telefon danışıqlarından az keçmiş bu ölkə ilə dialoqa son qoyduğunu bəyan edib.
Qətər əmiri ilə Səudiyyə vəliəhdi böhranın həlli yollarını cümə günü müzakirə ediblər. Qətərli mənbələr onların telefonda Qətərlə qonşuları arasındakı fikir ayrılıqlarını müzakirə etmək məqsədilə mümkün danışıqlar üçün elçilər göndərməyi müzakirə etdiyini bildirib.
Şeyx Tamim bin Həməd əl-Tani və Məhəmməd bin Salman arasında danışıqlar ABŞ prezidenti Donald Trampın hər iki tərəflə ayrı-ayrılıqda telefon söhbətindən sonra yer alıb. Bu böhranın başlanmasından bəri tərəflər arasında ilk təmas olub. Lakin Səudiyyə Ərəbistanı və Qətər liderlərinin telefonla danışdığı və danışıqlar aparmaq üzərində razılıq əldə etdiyinə dair xəbərlərdən sonra, Səudiyyə Ərəbistanı Qətərlə dialoqu dayandırdığını bildirirərək, Qətəri “faktları təhrif etməkdə” ittiham edib. Səudiyyə Ərəbistanının Səudiyyə Mətbuat Agentliyi bildirib ki, Qatarın əmiri Şeyx Təmim bin Həməd əll-Tani ilə Səudiyyə şahzadəsi Məhəmməd bin Salman arasında telefon danışığına dair xəbərlər “həqiqəti əks etdirmir”.
“Reuters” xəbər agentliyi bildirir ki, Səudiyyə rəsmiləri Qətər mediasında telefon danışığının Qətər əmirinin təşəbbüsü ilə başlamasına dair xəbərlərin olmamasına sərt reaksiya verib. Bu isə böhranın daha da dərinləşməsinə səbəb olub.
Səudiyyə Ərəbistanının xəbər agentliyinə əsasən, telefon danışığını Qətərin başladıb və Səudiyyə Ərəbistanı, Bəhreyn, Misirvə Birləşmiş Ərəm Əmirlikləri ilə dialoqa çağırıb. Bu ölkələrin hər biri iyun ayında, Qətərin ekstremistləri dəstəklədiyini və İranla əlaqələri olduğunu iddia edərək, Qətərlə diplomatik əlaqələri kəsib.
Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn və Misir Qətəri terrorçuluğa dəstəkdə ittiham edirlər. Doha bu ittihamları dəfələrlə rədd edib.
5 iyunda Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Yəmən və Liviya Qətərlə diplomatik əlaqələri dondurub.
Bundan sonra 4 dövlət (Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, BƏƏ) Qətərə qarşı sanksiyalar elan edib. Dördlük onların qaldırılması üçün 13 şərtin yerinə yetirilməsini tələb edir.