Almaniya kansleri Angela Merkel seçkiqabağı kampaniya çərçivəsində ölkənin müxtəlif şəhərlərinə səfərləri zamanı həftə ərzində ikinci dəfə “pomidor atəşinə” tutulub.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “Bild” qəzeti yazıb. Xəbərə görə, cümə günü kansler Meklenburq şəhərinə seçicilərlə görüşə gedərkən “sağçıların”, xüsusilə “Almaniya üçün alternativ” partiyasının üzv və tərəfdarlarının etirazları ilə qarşılanıb. Kansleri fitə basan etirazçılar onun getməsini tələb edib və avtomobilini “pomidor atəşinə” tutub.
“Bild” yazır ki, analoji vəziyyət daha öncə sentyabrın 5-də Heydelberq şəhərində də yaşanıb. Burada qırmızı pencəkdə olan Merkelə iki pomidor atılıb.
Xatırladaq ki, Almaniya Bundestaqına seçkilər sentyabrın 24-də keçiriləcək.