ABŞ-nin Corciya ştatında yerləşən Emori Universiteti İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin qızı Fatimə Ərdəşir Laricani qovduqdan sonra, iranlı istifadəçilər ölkənin keçmiş prezidenti Məhəmməd Xatəminin qızı Leyla Xatəminin Nyu-Yorkdakı Union Kollecindən qovulması üçün kampaniya başlatdılar. Məlumatı “Independent Persian” yayıb.
Leyla Xatəmi 2004-cü ildən bəri İranı tərk edib və Fransa, İtaliya və ABŞ universitetlərində təhsil alaraq dərs deyir. O, Union Kollecində Riyaziyyat kafedrasının professorudur.
Son həftələrdə İranda minlərlə insanın ölümü və genişmiqyaslı etirazlar fonunda, keçmiş prezident Məhəmməd Xatəmi bəyanat verərək İran milli inqilabını “böyük planlaşdırılmış sui-qəsd” kimi qiymətləndirib və İsrail ilə ABŞ-nin dəstəyini işarə edib. Bu bəyanat iranlı istifadəçilərin Xatəminin qızına qarşı kampaniyasını gücləndirib.
İradə SARIYEVA