Danimarkanın öz ərazilərini ABŞ-a satmaqda tarixi təcrübəsi var.
Bu barədə açıqlamanı Rusiya Prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşündə verib.
Danimarkanın 1917-ci ildə Virgin adalarını ABŞ-a satdığını vurğulayan Putin həmçinin qeyd edib ki, Kopenhagen hər zaman Qrenlandiyaya olduqca sərt yanaşıb və onu müstəmləkə mülkü kimi görüb.
Qeyd edək ki, daha öncə ABŞ Prezidenti Donald Tramp Qrenlandiya ilə bağlı gələcək danışıqlar üçün şərait yaradıldığını və adanın mümkün alınması ilə bağlı təcili məsləhətləşmələrə başlamaq niyyətində olduğunu bildirib.
SAMİRƏ