Ukrayna Prezidenti Volodimir Zelenskinin Davos Forumundakı çıxışı Avropa İttifaqının "üzünə vurulan şillə" idi.
Bu sözləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev X sosial şəbəkə hesabında yazıb.
Medvedyev bildirib ki, bu, Aİ üçün ilk belə "şillə" deyil - çünki əvvəlcə ABŞ da eyni şeyi edib.
Qeyd edək ki, Zelenski 22 yanvar tarixli çıxışında Avropa İttifaqını Rusiya-Ukrayna münaqişəsinin həllində qətiyyətsizlikdə günahlandıraraq iddia edib ki, Avropa ölkələri gələcək haqqında danışmağı sevir, lakin konkret hərəkətlərdən qaçırlar.
Avropanın Ukraynaya kömək etmək üçün dondurulmuş aktivlərdən istifadə etmədiyini, Rusiya neftinin Avropa sahillərində dövr etdiyini və gəlirlərinin münaqişəni maliyyələşdirdiyini xatırladan Ukrayna Prezidenti, həmçinin, Avropa ölkələrini NATO-nun effektivliyinə güvənməkdə günahlandırıb. Onun sözlərinə görə, Davosda keçirilən Dünya İqtisadi Forumunda ABŞ prezidenti Donald Tramp da Avropanı səhv istiqamətdə hərəkət etdiyinə görə tənqid edib və avropalıları müdafiəyə daha çox pul xərcləməyə çağırıb.
Qeyd edək ki, bu günlərdə Tramp ABŞ-ın "heç vaxt NATO-ya ehtiyacı olmadığını" və "alyansdan əslində heç nə almadığını" bəyan edib. Daha əvvəl "The Financial Times" və "The Washington Post" qəzetlərindəki mənbələr Pentaqonun Avropadakı mövcudluğunu azaltmağa çalışdığı üçün ABŞ-ın NATO-dan və onun məsləhətçi qruplarından 200 əsgərini geri çəkəcəyini bildiriblər.
SAMİRƏ