ABŞ Prezidenti Donald Tramp, ikinci prezidentlik müddətində Nobel Sülh Mükafatını arzuladığını dəfələrlə dilə gətirib və hətta bu yolda bir neçə danışıqlarda vasitəçilik rolunu üzərinə götürərək son qoyduğu münaqişələr olub.
Bu arada, İtaliyanın Baş naziri Giorgia Meloni Trampın rəhbərlik etdiyi və hələ də davam edən Ukrayna danışıqları və ABŞ Prezidentinin Nobel mükafatına namizədliyinin irəli sürülməsi ilə bağlı açıqlamalar verib.
Almaniya Kansleri Fridrix Mertslə görüşdən sonra keçirilən mətbuat konfransında Meloni Tramp və Nobel Mükafatı ilə bağlı suala cavab olaraq deyib: "Əgər Ukrayna üçün ədalətli və davamlı sülhün əldə edilməsində fərq yaradarsa, sonda biz də Trampı Nobel Sülh Mükafatına namizəd göstərə bilərik".
TAHİR