ABŞ Prezidenti Donald Tramp Davos İqtisadi Forumunda çıxış edərkən maraqlı fikir səsləndirib. Tramp iddia edib ki, Amerika qoşunları Venesueladakı əməliyyatları zamanı barəsində heç kimin eşitmədiyi silahlardan istifadə ediblər.
Daha sonra ABŞ prezidenti "New York Post" qəzetinə verdiyi müsahibədə də Amerika ordusunun Venesueladakı əməliyyatı zamanı gizli silahdan istifadə etdiyini iddia edib.
Nəşrin məlumatına görə, Amerika lideri bu silah haqqında "danışmağa icazə verilmədiyini" bildirib və onu "narahatlıq yaradan silah" adlandırıb. "Onlar raketləri yerdən qaldıra bilmədilər. Onların Rusiya və Çin raketləri var idi və onlar yerdən qalxmadılar. Biz içəri girdik, onlar düymələri basdılar və heç nə işləmədi", - deyə nəşr Trampın sözlərini sitat gətirir.
Ehtimallara görə, bu, digər silahlardan istifadəyə əngəl yarada bilən yeni bir kiber silah ola bilər.
SAMİRƏ