Birləşmiş Ərəb Əmirliklərində Rusiya, ABŞ və Ukrayna arasında kritik sülh danışıqları davam edərkən, İtaliyanın aparıcı qəzetlərindən biri olan “Corriere della Sera”, Əbu-Dabidə danışıqlar masasında dörd ayrı sənədin masada olduğunu iddia edib.
Qəzetin məlumatına görə, bu sənədlərdən ən diqqət çəkəni Ukraynanın Donetsk və Luqansk bölgələrindən çıxmasını Qərbin 800 milyard dollarlıq yenidənqurma paketi ilə birbaşa əlaqələndirən plandır.
Həmçinin Ukrayna üçün ABŞ-ın təhlükəsizlik zəmanətlərini özündə əks etdirən ayrıca bir sənədin olduğu, lakin bu zəmanətlərin NATO üzvlüyünə alternativ və ya tamamlayıcı bir addım olub-olmayacağının bəlli olmadığı bildirilir.
Dördüncü sənədin məzmunu ilə bağlı təfərrüatlar paylaşılmasa da, İtaliya qəzeti bu iddiaların sülhə yaxın bir razılaşmadan çox, danışıqların nə qədər mürəkkəb və çətin olduğunu göstərdiyini vurğuladı.
TAHİR