Əbu-Dabidə Rusiya, Ukrayna və ABŞ arasında danışıqların ikinci mərhələsi başlayıb. Məlumata görə, sammitdə həll edilməsi ən mürəkkəb və çətin mövzu olan ərazi məsələsi müzakirə olunur.
Rusiya Ukrayna qoşunlarının Donbasdan çıxarılmasında israr edir, Kiyev isə bundan imtina edir. TASS-ın öz mənbələrinə istinadən verdiyi məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin Donbasdan çıxarılması Rusiya üçün fundamental prioritet olaraq qalır və bu çərçivədə müxtəlif təhlükəsizlik parametrləri nəzərdən keçirilir. “Reuters” həmçinin bildirib ki, ilk gündən sonra tərəflər arasında ərazi məsələsində heç bir razılaşma əlaməti müşahidə olunmayıb. İrəliləyiş əldə edilən sahələr olsa da, ərazi məsələsi prosesin qarşısındakı ən böyük maneə kimi vurğulanır.
Rusiya Prezidenti Putin əvvəllər Moskvanın Ukraynanın təslim olmasını hədəfləmədiyini, lakin Kiyevin reallıqları qəbul etməsini istədiyini bildirmişdi. Putin Donbasın Rusiya üçün tarixi əhəmiyyətli bir bölgə olduğunu və iddiasından əl çəkməyəcəyini bildirib. Kreml, Ukrayna qoşunlarının Donetsk, Luqansk, Xerson və Zaporojye bölgələrindən sülhün ilkin şərti olaraq çıxarılmasını təklif etməklə yanaşı, "Ankoric düsturu" kimi tanınan yanaşmanın tətbiqinin vacibliyini də vurğulayır. Lakin Kremlin sözçüsü Dmitri Peskov bu düsturun təfərrüatlarını ictimaiyyətlə bölüşməyin məqsədəuyğun olmadığını bildirib. Bu "Ankoric düsturu" Alyaskada Tramp-Putin görüşündə razılaşdırılıb.
TAHİRƏbu-Dabidə Ukrayna danışıqlarının ikinci raundu başladı
TAHİR