“The Washington Post” qəzetinin məqaləsində xəbərdarlıq edilib ki, İranda etirazçılara qarşı davam edən zorakı repressiyalar ABŞ-ın İslam Respublikasına qarşı çəkindirici amilini sınağa çəkir. Qəzet qeyd edir ki, ABŞ prezidenti Donald Tramp etirazçıların zərər görməməsi üçün İran rəsmilərini xəbərdar etmişdi. Ancaq İran təhlükəsizlik qüvvələrinin sərt reaksiyası nəticəsində kütləvi qətllər, döyülmələr, uşaqların saxlanılması, xəstəxanalara basqınlar və əmlakların müsadirəsi baş verib.
Redaksiya məqaləsində vurğulanır ki, internetin məhdudlaşdırılması zorakılığın həqiqi miqyasını gizlədir, baxmayaraq ki, İranın dövlət mediası belə zorakılığı etiraf edib. Tehran rəsmiləri Amerikanın xəbərdarlıqlarını lağa qoysa da, ABŞ hərbi donanması yaxın günlərdə Fars körfəzinə yönələcək.
“Washington Post” yazır ki, bu hadisələr Trampın İran üzərində “qələbə” sözləri ilə ifadə etdiyi siyasətin real testinə çevrilib. Məlumatı "Iranintl" yayıb.
İradə SARIYEVA