ABŞ İrana qarşı sanksiya siyahısına 8 şirkəti və onlarla əlaqəli doqquz neft tankerini əlavə edib. TASS-ın verdiyi məlumata görə, bu, barədə ABŞ Maliyyə Nazirliyinin bir hissəsi olan Xarici Aktivlərə Nəzarət İdarəsinin veb saytında yerləşdirilən məlumatda deyilir.
Sanksiyalar Hindistan, Liberiya, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Seyşel adaları və Marşal adalarında qeydiyyatdan keçmiş səkkiz neft-qaz və nəqliyyat şirkətini hədəf alır. Doqquz tanker də qara siyahıya salınıb. ABŞ Maliyyə Nazirliyi həmçinin ümumi lisenziya verib ki, bu lisenziya hərəkəti məhdudlaşdırılmış neft tankerlərinin bu ilin 22 fevralına qədər Venesuela, İran və Rusiya limanları istisna olmaqla istənilən limana daxil olmasına və orada lövbər salmasına imkan verir. Bundan əlavə, bu tankerlərin heyət üzvlərinin sağlamlığını və təhlükəsizliyini təmin etmək, təmir işləri aparmaq və gəmiləri təyin olunmuş limanlarda boşaltmaq üçün tədbirlərə icazə verilir, bir şərtlə ki, tankerlər 23 yanvara (sanksiya qərarı verilənə) qədər yüklənib və daşıdıqları yük İran mənşəli deyil.
Sanksiyalar ABŞ-dakı aktivlərin dondurulmasını və Amerika vətəndaşlarının və şirkətlərinin siyahıda olanlarla iş görməsinin qadağan edilməsini nəzərdə tutur.
SAMİRƏ