çərşənbə axşamı günü, 15 sentyabr 2026
     

“Ukrayna Putinin gözünün ağı idi, mən olsaydım, müharibə olmazdı” - Tramp nə demək istədi?...

Image


Abutalıb Səmədov: “...Belə bir iddia irəli sürməkdə Tramp tamamilə haqlıdır”

ABŞ Prezidenti Donald Tramp Davosda “Sülh Şurasının Nizamnaməsi” sənədinin imzalanma mərasimindəki çıxışında Ukraynadakı müharibəyə də toxunub və orada insan tələfatının çoxluğunu dəhşətli adlandırıb. Tramp deyib ki, Ukrayna Putin üçün “gözünün ağı” olub. “Ukrayna Putinin “gözünün ağı” idi. Mən həmin dövrdə Prezident olsaydım, bu müharibə heç vaxt olmazdı”, - deyə Tramp qeyd edib.

Tramp nə demək istəyir? Yəni o prezident olsaydı bu müharibə olmazdı ki?

“Onun prezidentliyi dövründə Putin Ukraynaya hücum etməyə cəsarət göstərməzdi”

“Alyans” SAM-ın sədri Abutalıb Səmədov baki-xeber.com-a bildirdi ki, ABŞ prezidentinin bu fikri doğrudur: “Prezident Tramp “əgər mən 2022-ci ildə prezident olsaydım müharibə başlamazdı” deməkdə haqlıdır. Tramp hesab edir ki, 2020-ci ildə Amerikada seçkilər saxtalaşdırıldı və onun qələbəsi oğurlandı, bunun da nəticəsində Rusiya Ukrayna müharibəsi başladı. Tramp dəfələrlə bu fikrini təkrarlayıb. Əksər müşahidəçilər hesab edirlər ki, belə bir iddia irəli sürməkdə Tramp tamamilə haqlıdır. Çünki 2021-ci ilin dekabrında Rusiya həm NATO-ya, həm də ABŞ-a müqavilə göndərmişdi, müəyyən tələblər irəli sürmüşdü və bu tələblərin qəbul olunması müharibənin qarşısını ala bilərdi. Burada söhbət ilk növbədə NATO-nun genişləndirilməyəcəyi öhtəliyindən gedirdi”.

A.Səmədovun sözlərinə görə, həm ABŞ, həm də NATO belə bir öhtəlik götürməli idi ki, NATO bundan sonra genişləndirilməyəcək və 1997-ci ildən sonra yeni qəbul olunmuş NATO üzvlərinin ərazisinə yerləşdirilən silahlar oradan çıxarılacaq. “ABŞ bu məsələni müzakirə etmək istəmədi, NATO da bəyan etdi ki, bizim üzvlüklə bağlı məsələmizə kimsə qadağa qoya bilməz, NATO-nun tələblərinə cavab verən ölkələr bundan sonra da üzvülüyə qəbul olunacaqlar. Bu cavablar da son nəticədə Rusiya-Ukrayna müharibəsinin başlanmasına gətirib çıxardı. Ancaq burada bir başqa məqam da var ki, bunu ABŞ-ın dövlət katibi özü etiraf etdi. Söhbət bugünkü dövlət katibindən gedir. O, dedi ki, əslinə qalsa gedən müharibə proksi müharibədir. ABŞ və Rusiya arasında gedir, Ukrayna burada sadəcə olaraq bir alət kimi istifadə olunur, ABŞ-ın aləti kimi. Bunun da həqiqət olduğu heç kimdə şübhə doğurmur. Uzun müddət ABŞ Baydenin prezidentliyi dövründə Ukraynaya hər cür yardım göstərməyə çalışdı. Yəni təkcə ABŞ-ın göstərdiyi yardımlar digər ölkələrin birlikdə göstərdiyi yardımlardan daha çox idi. Müxtəlif rəqəmlər səsləndirilir, ancaq bu yardımların daha çox olduğu heç kimdə şübhə doğurmur. Müharibənin gedişini də ABŞ idarə etdi. 2022-ci ildə Ukraynanın əks-hücuma keçərək 80 min kvadrat kilometrə yaxın bir ərazini azad etməsi Rusiyanı çox ağır duruma salmışdı. Həmin dövrdə taktiki nüvə bombalarından istifadə hədəsi ilə Rusiya ABŞ-ı məcbur etdi ki, hücumları dayandırsın. Ağ Evdən komanda verildi və Ukrayna ordusu dayandı. Bundan sonra Ukraynanın əlinə ikinci belə bir şans düşmədi. Ancaq ABŞ-ın da, Avropanın da yardımı o həcmdə edildi ki, Ukrayna yalnız çətinliklə də olsa özünü müdafiə edə bilsin, irəli gedə bilməsin. 2022-ci ildən sonra Ukrayna irəli gedə bilmədi. Arada bir Kurska hücum təşkil olundu, müəyyən müddət Kurskinin bir hissəsi Ukraynanın nəzarətinə keçdi və sonra o ərazilər də ruslar tərəfindən nəzarətə götürüldü. Bu gün davam edən döyüşlər Rusiyanın ağır-ağır da olsa irəliləməsi ilə müşaiət olunur. Artıq ABŞ Ukraynaya əvvəlki yardımı göstərmir. Müəyyən yardımlar təbiidir ki, göstərilir. Kəşfiyyat məlumatları, planlarla bağlı təkliflər və sair. Daha çox məsləhət xarakterli yardım edilir, silahlar da Avropanın vasitəsilə satılaraq Ukraynaya göndərilir. Eyni zamanda ABŞ bunların da dayandırılması ilə Ukraynanı hədələməkdən çəkinmir. Davosda keçirilən görüşdən sonra Zelenskinin nə qədər məyus olduğunu hamı gördü. Jurnalistin “danışıqlar barədə nə deyə bilərsiniz” sualına Zelenski sualla cavab verdi: “Səmimi deyim?”. Düzdür, ondan sonra dedi ki, danışıqlar yaxşı oldu. Amma həmin sualın özündən aydın olurdu ki, Zelenski danışıqların gedişindən qətiyyən razı qalmayıb. Razı qala da bilməzdi. Çünki Rusiya-Ukrayna danışıqlarında nəticə yalnız Zelenskinin güzəştə getməsi hesabına ola bilərdi. Burada da Rusiyanın ciddi güzəştlərə getməsi mümkün deyil. Artıq Abu-Dabidə İşçi Qrupları arasında danışıqlar başlayıb, ümid var ki, bu danışıqlarda müəyyən irəliləyiş ola bilər. Ancaq o da aydındır ki, bu proses hələ uzanacaq. 2025-ci ilin fevralında Ağ Evdə ABŞ-ı tənqid edən Zelenski indi də Davosda Avropanı tənqid etdi. ABŞ-da üzləşdiyi çətinliklərdən nəticə çıxarmayaraq indi də digər əsas müttəfiqlərini-Avropa ölkələrini, onların liderlərini zəiflikdə, qətiyyətsiz olmaqda günahlandırdı. Əslinə qalsa ondan başqa şey gözləmək də düzgün deyil. Siyasətdə təsadüfi adamlar elə bu cür də olur, hər addımda öz dövlətləri üçün problem yaradırdırlar. Zelenski də bu cür işləyir. Əvvəl NATO-nun sammitində bir sıra ölkə liderlərini hiddətləndirən bəyanatlar verdi, sonra dediklərini geri götürdü. Ondan sonra vaşinqtonda Trampa meydan oxumağa cəhd göstərdi, ardınca Avropa liderlərinin köməyi ilə vəziyyəti bir az düzəltməyə cəhd göstərdi, ancaq vəziyyət təbiidir ki, düzəlmədi. Yəqin ki, heç düzəlməyəcək də. Çünki Trampla Zelenskinin münasibətləri o dərəcədə pozulub ki, onun düzəlmək ehtimalı yoxdur. Üstəlik, Tramp müharibəni tez bitirmək istəyir, bunun üçün də mütləq Zelenskiyə təzyiq göstərmək lazımdır. Putinə təzyiq müharibənin illərlə uzanmasına gətirib çıxara bilər. Bu Trampı qane etmir. Son nəticədə onu deyə bilərik ki, Tramp prezident olsaydı yəqin ki, müharibə olmazdı. Çünki həm Milli Təhlükəsizlik Strategiyasında NATO-nun genişləndirilməsi əleyhinə müddəalar var, həm də Tramp dəfələrlə bəyan edib ki, NATO genişlənməməlidir. İndi hətta NATO-nu dağılmaq həddinə gətirib çıxarıb. Rusiyanın da əsas tələbi demək olar ki, bu idi. Əgər o dövrdə Rusiyanın bu tələbi qəbul olunsaydı yəqin ki, müharibə olmazdı. Yəni Putinlə Trampın mövqeyi arasında heç bir fərq olmadığına görə Tramp həqiqətən də haqlıdır. O prezident olsaydı çox güman ki, NATO-nun genişləndirilməyəcəyi barədə öhtəlik götürərdi və ən azından onun prezidentliyi dövründə Putin Ukraynaya hücum etməyə cəsarət göstərməzdi”-deyə A.Səmədov vurğuladı.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...

Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...

Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...

SON XƏBƏRLƏR

15.09.2026 / 07:40
Binali Yıldırımın başında “qara buludlar” dolaşır? - Ailə sərvət təlaşında…

15.09.2026 / 07:14
Litva səmasında PUA həyəcanı - yardıma NATO qüvvələri gəldi

15.09.2026 / 06:50
Putinin dostundan Trampın oğluna maraqlı toy hədiyyəsi - Baham adalarında “iki inanılmaz şənlik gecəsi”…

15.09.2026 / 06:42
Trampın oğlu Gürcüstanda 2 milyardlıq yaşayış kompleksi tikəcək - təkcə “Trump Tower” 200 milyon…

14.09.2026 / 23:45
Şotlandiya, Uels və Şimali İrlandiya arasında tarixi razılaşma - Britaniyanın parçalanmasına doğru ilk addım atıldı…

14.09.2026 / 22:20
BRİCS çat verdi - Rusiya və İran umduqları dəstəyi ala bilmədilər...

14.09.2026 / 22:03
Pakistan Ermənistanda səfirlik açmaqla tələsdimi...?

14.09.2026 / 21:47
Faşizmin yenidən hakimiyyətə qayıdış xofu Almaniyanı bürüyüb - 2-ci torpaqda təlaş...

14.09.2026 / 21:32
Neft daşımaları üçün həyati əhəmiyyət kəsb edən dəniz arteriyası İrana bağlı qüvvələrin nəzarətinə keçir

14.09.2026 / 21:16
Hörmüzdəki “partlayışın” əks-sədası gəldi - Azərbaycan və Qazaxıstan operatorlarının imkanları dəyişəcək..

14.09.2026 / 21:01
Çin və hind liderlər Ukrayna məsələsində Putinin qarşısına dikildilər...

14.09.2026 / 20:47
ABŞ-da seçki Zəngəzur və 907 məsələsinə təsir göstərə bilər...

14.09.2026 / 20:40
“Sülh Körpüsü” Təşəbbüsünün Azərbaycan üzrə qrupu Ermənistan mediasının qərəzli mövqeyinə münasibət bildirdi

14.09.2026 / 20:35
ABŞ-da dizelin qiymət rekord həddə çatdı, Tramp hərəkətə keçdi - Rusiya və Ukrayna enerji obyektlərinə hücumları dayandırdı…

14.09.2026 / 20:31
Türkiyənin Egey sahilləri avtomobil səyahətləri üçün yeni marşrutlar təqdim edir - FOTO

14.09.2026 / 20:23
Hikmət Hacıyevin Qarabağda diplomatik korpusa göstərdiyi saxta kitabların sirri...

14.09.2026 / 20:11
Diplomatik korpus nümayəndələrinin Qarabağ səfərlərinin sonradan açılan tərəfləri...

14.09.2026 / 19:58
Tramp Putinə görə Zelenskiyə elçi düşüb...

14.09.2026 / 19:47
Prezident 500 min dollarlıq mükafatının Qarabağ Dirçəliş Fonduna köçürülməsi ilə bağlı qərar qəbul edib

14.09.2026 / 19:35
Qarabağda ilk dəfə olmuş Aİ xüsusi elçisi İrəvana mesajlar aparır...

14.09.2026 / 19:21
DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker həbs edildi

14.09.2026 / 19:14
Rusiya “qışın oğlan çağında” Ermənistanın qazını kəsəcək, ardınca da Ukrayna ssenarisini işə salacaq

14.09.2026 / 19:06
Media və Yayım Şurasında Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib - FOTO

14.09.2026 / 18:58
Lizinq təşkilatlarına yeni qayda kəsildi – kimin xeyrinədir? Bundan sonra...

14.09.2026 / 18:45
Diplomatların Qarabağ səfərində İrəvanı qıcıqlandıran 3 səbəb...

14.09.2026 / 18:32
ABŞ "bir şərtlə" İrana nüvə yanacağı tədarük etməyə hazır olduğunu açıqladı…

14.09.2026 / 18:17
Prezident İlham Əliyev BƏƏ-nin milli təhlükəsizlik müşavirini qəbul edib - FOTO

14.09.2026 / 17:50
Sabahdan dövlət qurumlarında iş rejimi dəyişir

14.09.2026 / 17:42
Mətbuat Şurasında “İstiqlal söhbətləri” kitabının təqdimatı keçirilib

14.09.2026 / 17:38
Ermənistan müdafiəsiz qalır - ordu yoxdur, ruslar isə gedir

14.09.2026 / 17:25
Tramp seçicilərin səsini pulla almaqda israrlıdır

14.09.2026 / 17:08
Ermənistan Avropa İttifaqı ilə Rusiyanın yeni döyüş meydançasına çevrilir

14.09.2026 / 16:55
Türkiyədən Bakıya çox asan görünən təklifin qəliz gizlinləri var...

14.09.2026 / 16:43
Zəngəzur dəhlizində neft kəmərinin son mənzili - konqresmen “oxu atıb yayı gizlətdi”...

14.09.2026 / 16:39
Şagird sayı az olan kənd məktəbləri bağlanır....

14.09.2026 / 16:28
Bəzi ixtisaslarda bakalavriat təhsili 3 il ola bilər...

14.09.2026 / 16:22
Müəllimlərin geyim tələbləri ilə bağlı yeni qaydalar yaxın günlərdə açıqlanacaq...

14.09.2026 / 16:17
Diplomatların cənab Hacıyevin müşayiətilə Qandzasara səfəri Rubinyana “od qoyub”…

14.09.2026 / 16:12
"X–XI siniflərdə təmayül tədris modelinin tətbiq edildiyi məktəblərin sayı 90-a çatdırılacaq" - Nazir

14.09.2026 / 16:08
Müəllimlik ixtisaslarına qəbul balı artırılır...

14.09.2026 / 16:02
Məktəblərdə dərs saatları dəyişdirilə bilər....

14.09.2026 / 15:53
Hakan Fidan Azərbaycana gəlir...

14.09.2026 / 15:45
90 min müəllimin maaşı artrılacaq - nazir açıqladı...

14.09.2026 / 15:27
Prezidentin sosial şəbəkə hesablarında "SABAH.city" innovasiya şəhərciyinin açılışı ilə bağlı video paylaşılıb

14.09.2026 / 15:23
Husilərin hücumu qlobal neft tədarükünü təhdid etməyə başladı - hələlik 4 faiz…

14.09.2026 / 15:10
Əli Əsədov AİB-in Direktorlar Şurasının nümayəndə heyəti ilə görüşüb

14.09.2026 / 14:54
Professor Kərim Şükürovun yaradıcılığında vətənpərvərlik ruhu və Qarabağın tarixi məsələləri

14.09.2026 / 14:16
BRICS-in Dehli Zirvəsində qala menyusu mübahisə yaratdı - otellərinə qayıdan liderlər ət yeməkləri sifariş verdi…

14.09.2026 / 14:01
Əndazəsini aşan TOYLAR – bu gedişlə hara gedirik?

14.09.2026 / 13:42
Ölkədə təhsilin inkişafına və innovasiyalara həsr edilən ömür - Əliyusif Məmmədov – 70

14.09.2026 / 13:22
Makronun Fransada reytinqi rekord həddə aşağı düşdü – cəmi 16 faiz…

14.09.2026 / 12:57
Yunanıstanda miqrantları daşıyan qayıq batdı - 25 nəfər itkin düşdü

14.09.2026 / 12:41
Rusiyadan Avropaya gözdağı – Kiyevdən qayıdan siyasətçi və diplomatlar ölümdən son anda qurtuldu…

14.09.2026 / 12:26
Səudiyyə Hörmüzlə bağlı Oman-İran razılaşmasında düzəlişlər edilməsini istədi – razılaşmanın elan edilməsi təxirə salındı…

14.09.2026 / 12:20
Prezident Müsəlman Ağsaqqalları Şurasının baş katibini qəbul etdi - FOTO

14.09.2026 / 12:07
Avstriya İranın nüvə təşkilatının rəhbərini MAQATE-nin iclasına buraxmadı – işin arxasından ABŞ çıxdı…

14.09.2026 / 11:58
Ombudsman ayrı-seçkilik xarakterli elanlarla bağlı nazirliyə müraciət etdi

14.09.2026 / 11:47
TDT müsəlman dini idarə rəhbərləri Prezident İlham Əliyevə müraciət etdi....

14.09.2026 / 11:33
TDT müsəlman dini rəhbərləri Şurasının Bakı Bəyannaməsi qəbul edildi

14.09.2026 / 11:20
DTX-nin rəisi Əli Nağıyev Çinə səfər edib

14.09.2026 / 11:09
Azərbaycanda bəzi şəxslərin iş vaxtı dəyişdirilir....

14.09.2026 / 10:53
Prezident İlham Əliyev “SABAH.city” innovasiya şəhərciyinin birinci mərhələsinin açılışında iştirak edib - FOTO

14.09.2026 / 10:40
ABŞ 11 sentyabrla bağlı yeni məxfi materiallar açıqlaya bilər…

14.09.2026 / 10:27
Tramp ABŞ-ın kəşfiyyat şefinin Ukrayna danışıqlarında iştirakından danışdı…

14.09.2026 / 10:12
DYP yeni dərs ilinin başlanması ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət etdi

14.09.2026 / 10:03
TDT Müsəlman dini liderlərinin 8-ci görüşü Türkiyədə keçiriləcək...

14.09.2026 / 09:44
Rusiya Ermənistana qaz tədarükünü dayandırır...

14.09.2026 / 09:29
Bakıda TDT ölkələrinin müsəlman dini idarə rəhbərlərinin VII görüşü keçirildi - YENİLƏNDİ

13.09.2026 / 23:36
Trampdan İranın Körfəz ölkələri ilə danışıqlarına reaksiya - vecimə də deyil...

13.09.2026 / 23:10
Zelenski də “Bakı-Xəbər”in Tiktok hesabını izləyir – paylaşım etdi…

13.09.2026 / 21:31
Şəhid Səbuhi Əhmədovun xatirəsi anılıb

13.09.2026 / 20:37
Tramp Zelenskini Rusiyanın neft obyektlərinə hücumları dayandırmağa çağırdı - bu, bütün dünyaya zərər verir...

13.09.2026 / 20:11
Şotlandiya, Uels və Şimali İrlandiya liderləri bir arada - Britaniyanın parçalanması rəsmən müzakirəyə çıxarılır...

13.09.2026 / 17:25
Aİ-nin xüsusi nümayəndəsi Azərbaycana səfəri ilə bağlı paylaşım etdi

13.09.2026 / 16:49
Ordu rəhbəliyindən istefa verən admiraldan şok etiraf - ABŞ müasir müharibələrdəki dəyişikliklərə uyğunlaşa bilmir…

13.09.2026 / 16:12
Hörmüz, Bab əl-Məndəb və Səudiyyə ətrafında gərginlik artır - qlobal neft tədarükü təhlükə altında…

13.09.2026 / 15:25
Nazir Akın Gürlekin yalanı çıxdı – İmralıda Öcalana özəl villa tikintisi... Baxçalı HƏR ŞEYİ AÇIB TÖKDÜ…

13.09.2026 / 13:10
"Əsas odur ki, müharibənin nəticələrini bir vaxtlar qəbul etməyən Avropa Qarabağa ilk dəfə xüsusi nümayəndə göndərir... Siz "Matı-Patıya" fikir verməyin...

13.09.2026 / 12:21
Ərdoğan Əhməd Davudoğlunun oğlunun toyuna gəlmədi…

13.09.2026 / 12:03
Qeşm adası yaxınlığında İran yük gəmisi vuruldu – ölən və yaralananlar var…

13.09.2026 / 11:48
İndoneziya sahillərində 243 nəfəri daşıyan gəmi batdı – 140 nəfər itkin düşdü…

İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...

XƏBƏR ARXİVİ