Britaniyanın The Economist jurnalı üz qabığına Qrenlandiyanın simvollarından biri olan ağ ayıya minən Donald Trampın şəklini yerləşdirib.
Mövzu ilə bağlı yazılan məqalədə deyilir ki, Qrenlandiya böhranı bütün ölkələr üçün dərs olmalıdır: "Amerikanın dostları tək qaldıqları və NATO-nun yox olduğu bir dünyaya hazırlaşmalıdırlar".
Müəlliflər həmçinin qeyd edirlər ki, avropalılar Trampın Qrenlandiyanı əldə etmək istəyinə sərt tənqid gözləyirdilər, lakin sonda Davosda Amerika lideri bir çoxlarını onunla barışmağa inandıra bildi. O, Qrenlandiyanın "hüququnu və mülkiyyətini" tələb etdi, lakin Avropa ölkələrinə tarif tətbiq etməkdən çəkindi, hərbi güc tətbiqini istisna etdi və daha sonra yeni "çərçivəni" və mümkün razılaşmanı alqışladı.
Qeyd edək ki, Qrenlandiya Danimarka Krallığının bir hissəsidir. Lakin Tramp dəfələrlə adanın Amerika dövlətinin bir hissəsinə çevrilməli olduğunu bildirib. 5 yanvarda o, ölkəsinin milli təhlükəsizliyini təmin etmək üçün Qrenlandiyanın ərazisi üzərində nəzarəti bərqərar etmək planlarını açıqlayıb.
SAMİRƏ