Avropa Parlamenti səs çoxluğu ilə İranın işğalçı siyasəti və daxili zorakılıqlarına qarşı qətnamə qəbul edib. Sənəddə İran xalqına və müxalif qüvvələrə dəstək ifadə olunur, eyni zamanda SEPAH Avropa İttifaqının terror təşkilatları siyahısına salınması istənilib. Bu barədə “Euronews” məlumat yayıb.
Qətnamədə İran rejiminin etiraz aksiyalarına qarşı zorakı müdaxiləsi, nümayişçilərin qətli və edamları kəskin şəkildə pislənir. Avropa Parlamenti İran hakimiyyətinə bu cür addımları dərhal dayandırmaq barədə xəbərdarlıq edib.
Sənəddə, habelə, İran səfirlərinin Avropa ölkələrinin paytaxtlarından çıxarılması çağırışı yer alıb.
Eyni zamanda, İranın son şahının oğlu Rza Pəhləvini Avropa Parlamentinə dəvət etmək təşəbbüsünə səs çoxluğu ilə qarşı çıxılıb.
İradə SARIYEVA