ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinə də Qəzza Sülh Şurasına qoşulmaq üçün dəvət göndərib.
Bu barədə açıqlama verən Kremlin sözçüsü Dmitri Peskov Putinin diplomatik kanallar vasitəsilə Sülh Komitəsinə qoşulmaq təklifi aldığını deyib.
“Hazırda təklifin bütün detallarını araşdırırıq. Bütün detalları dəqiqləşdirmək üçün Amerika tərəfi ilə əlaqə saxlayacağıq" – deyə Peskov bildirib.
Tramp bir çox ölkə liderini Sülh Şurasına dəvət edib. İsrail isə Trampın Qəzza Sülh Şurasında iştirak etməyəcəyini açıqlayıb və bunun hökumətin siyasətinə zidd olduğunu bildirib.
Dəvət olunan ölkələr komitədə üç il müddətində iştirak edə biləcəklər. Üç ildən sonra ölkələr üzvlüklərini davam etdirmək üçün 1 milyard dollar ödəməli olacaqlar. Ödəniş etməyənlər komitədən çıxarılacaqlar.
TAHİR