Rusiyanın hakim Vahid Rusiya partiyası və Kremlin daxili siyasət idarəsi sentyabr ayında Dövlət Dumasına keçiriləcək seçkilərdə iştirak edəcək partiya namizədlərinin siyahısında ilk beşlikdə yer alacaq şəxslərin kimliyini müəyyənləşdirib.
Mənbələrə görə, siyahının əvvəlində partiya lideri və Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev yer alacaq, xarici işlər naziri Sergey Lavrov isə ikinci yerdə olacaq.
Məlumatlara görə ki, Medvedevin yenidən siyahıda ilk sırada yer almasına 2021-ci illə müqayisədə ictimai rəy sorğularının yaxşılaşması təsir göstərib, Lavrov isə ölkənin ən etibarlı siyasətçiləri arasında mövqeyini qoruyur.
Bildirilir ki, partiya siyahısına qadınlar və xüsusi hərbi əməliyyatlarda iştirak etmiş şəxslər də daxil ediləcək.
TAHİR