İranda iqtisadi problemlər üzündən başlayan günlərdir davam edən etirazlar səngiməyə başlayıb. 8 yanvarda şiddətlənən etirazlardan sonra paytaxt Tehranın son dörd gün ərzində nisbətən sakit olduğu, şəhər üzərində dronların uçduğu, lakin genişmiqyaslı etirazların müşahidə olunmadığı bildirilir.
Etirazlarda ölənlərin sayı isə rəsmi olaraq hələ açıqlanmayıb. İranın Ali Lideri Ayətullah Əli Xamenei həftəsonu bir neçə min insanın öldüyünü bildirib. “Reuters” xəbər agentliyinə danışan bir İran rəsmisi isə ölənlərin sayının ən azı 5 min olduğunu, onlardan 500-ünün təhlükəsizlik qüvvələrinin əməkdaşı olduğunu bildirib.
İran rəsmisi ölənlərin sayında böyük bir artım gözləmədiyini və ölümlərin əksəriyyətinin ölkənin şimal-qərbində baş verdiyini bildirib.
Dövlət mediası ölkə üzrə minlərlə insanın saxlanıldığını açıqlayıb. Saxlanılanlar arasında xaricdən rejimi devirmək üçün çalışan müxalifət qrupları ilə əlaqəli şəxslərin də olduğu iddia edilib. Bu şəxslər arasında devrilmiş Şah Rza Pəhləvinin sürgündəki oğlu Reha Perhem adı altında fəaliyyət göstərdiyi iddia edilən Nazenin Barederen də var idi.
İqtisadi problemlər səbəbindən 28 dekabr 2025-ci ildə Tehranın Böyük Bazarında başlayan etirazlar bir çox şəhərə yayılıb.
TAHİR