Amerika təyyarədaşıyan gəmisi USS Abraham Lincoln və onun zərbə qrupları Malayziya və İndoneziya arasında yerləşən Malakka boğazına çatıb. Onun beş-yeddi gün ərzində ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonasına (ABŞ Mərkəzi Komandanlığı) - Yaxın Şərq və Orta Asiya ölkələrinə daxil olması gözlənilir.
Bu barədə The Jerusalem Post (JP) xəbər verir.
Xəbərə görə, son 24 saat ərzində İordaniyaya 12 F-15 qırıcı təyyarəsi gəlib. Amerika rəsmiləri nəşrə bildiriblər ki, Vaşinqtonun Yaxın Şərqdəki gələcək hərəkətləri üçün "hazırda bütün variantlar nəzərdən keçirilir". Onlar bildiriblər ki, məqsəd, Prezident Donald Tramp İrana zərbə endirmək qərarına gələcəyi təqdirdə, bölgədə əhəmiyyətli bir qüvvə yaratmaqdır.
SAMİRƏ