İranda ötən ilin dekabrında iqtisadi böhrana və yaşayış xərclərinin yüksək olmasına etiraz olaraq başlayan etirazlar ölkə miqyasında hökumət əleyhinə etirazlara çevrilib.
Etiraz aksiyaları zamanı baş verən toqquşmalarda ölənlərin sayı artır.
Adı açıqlanmayan İran rəsmisi hökumət əleyhinə etirazlar zamanı ölənlərin sayının təxminən 500-ü təhlükəsizlik işçisi olmaqla, ən azı 5 minə çatdığını bildirib. Rəsmi zorakılığın böyük hissəsinin ölkənin şimal-qərbində olduğunu və etirazlar zamanı "terrorçular və silahlı üsyançılar"ın günahsız iranlıları öldürdüyünü iddia edib.
Son məlumata görə, həbs olunanların sayı 25 minə yaxınlaşır.
TAHİR