Bir neçə gün əvvəl Tramp Rusiyadan 225 milyard dollar borcun ödənməsini tələb etmişdi.Məlumdur ki, həmin borcun ödənməsi iddiasını ABŞ-ın "İnvest Nobl" şirkəti ölkənin federal məhkəməsi qarşısında qaldırıb.
Amerikanın iddiasının əsasında hələ çar Rusiyasının dövründə satılmış səhmlərə görə ödənməmiş borc dayanır. Rusiyadan verilən hüquqşünas şərhlərində həmin borcların 1918-ci ildə sovet Rusiyası tərəfindən ləğv edildiyi bildirilib. Bir hüquqşünas həmin borc məsələsinin "tarix zibilliyinə" atıldığını bildirib.
Rusiya rəsmi qaydada Amerika tərəfinə iddianı geri çəkmək üçün yanvarın 31-dək vaxt verib. Əgər tələb icra olunmasa, Rusiya "Xarici dövlətlərin immuniteti haqqında" ABŞ qanunu əsasında ABŞ məhkəməsi qarşısında iddianın geri çəkilməsi tələbilə yeni iddia qaldıracaq.
Nahid Salayev