Trampın 8 Avropa dövlətini 25 faizlik rüsumla hədələməsinə Fransa Prezidenti Makron sərt cavab verib.
"Heç bir hədə bizi Ukraynada və Qrenlandiyada qorxuda bilməz. Tarif hədələri yolverilməzdir. Əgər bu hədələr reallaşsa, biz kordinasiyalı şəkildə birlikdə addımlar atacağıq. Biz bilirik Avropanın suverenliyini necə müdafiə edəcəyik. Mən məhz bu kontekstdə Avropa müttəfiqlərimizlə müzakirələr aparacağam" - deyə Makron bəyanat verib.
Avropa strukturlarına yaxın diplomatik mənbələr isə bildirir ki, yaxın günlərdə 8 Avropa dövləti Qrenlandiyanı ABŞ təcavüzündən qorumaq yollarını xüsusi "ada konfransında" müzakirə edəcəklər.
Namiq Quliyev