Tramp özünün Qrenlandiya siyasətinə qarşı çıxan 8 Avropa dövlətini 25 faiz rüsum tətbiqi ilə hədələdikdən sonra avropalılar da cavabsız qalmadılar.
8 dövlətin - Almaniya, Fransa, Norveç, İsveç, Hollandiya, Finlandiya, Danimarka və Britaniya ABŞ-a cavab bəyanatı yayıblar. 8 dövlət Trampın rüsum təzyiqlərinin Avroatlantik məkanı dağıtdğını bildiriblər.
"Biz birgə hərbi təlimləri Arktikanın daha etibarlı təhlükəsizliyi naminə keçiririk və heç kimi hədəfə almırıq"- bəyanatda deyilir.
Bəyanat müəllifləri Avropa dövlətlərinin suverenliklərinin sonadək müdafiə olunacağını bəyan ediblər.
Namiq Quliyev