Dünya agentlikləri çox maraqlı xəbər yayıblar.Prezident Tramp "Sülh Şurası" adlı yeni təşkilat yaradıb və bu təşkilatda üzv olmaq istəyən ölkələrə 1 milyard dollar üzvlük haqqı qoyulub.
Ağ Ev xəbəri qismən təkzib edib və deyilib ki, minimum üzvlük haqqı qoyulması xəbəri həqiqət deyil. Ağ Evin məlumatında deyilir ki, Amerika sadəcə sülhə, təhlükəsizliyə və rifaha meylli olan öz tərəfdaşlarına Şurada "daimi üzvlük" təklif edəcək.
Xatırladaq ki, "Sülh Şurası"nın sədrliyini Tramp özü həyata keçirmək fikrindədir.
Nahid Salayev