Şimali Kipr Türk Respublikası (ŞKTR) 150 min dollar dəyərində daşınmaz əmlak almaq müqabilində vətəndaşlıq verilməsi iddialarının yalan olduğunu bəyan edib.
ŞKTR Baş Nazirliyinin yazılı açıqlamasında bu iddiaların Kipr Türk Tikinti Podratçıları Assosiasiyasının prezidenti Cafer Gürcaferlə müsahibəyə istinadən göndəmə gətirildiyi bildirilib: "Hökumətimizin 150 min dollar dəyərində daşınmaz əmlak almaq müqabilində ŞKTR vətəndaşlığının verilməsi ilə bağlı heç bir davam edən işi, qərarı və ya gündəliyi yoxdur. Bu istiqamətdə bu günə qədər heç bir hökumət siyasəti olmayıb və müvafiq qurumlar tərəfindən heç bir hazırlıq görülməyib."
Qeyd olunub ki, hökumət yunan Kipri administrasiyasının qanunu siyasiləşdirməklə ŞKTR iqtisadiyyatını hədəf alan fəaliyyətləri qarşısında tikinti sektorunun gücünü və ümumi iqtisadi strukturu təmin etmək üçün sektor nümayəndələri və iqtisadi təşkilatlarla daim məsləhətləşmələr aparır. Ölkənin reallıqlarına və ictimai maraqlara uyğun yol xəritəsinin yaradılması üzərində işlərin davam etdiyi vurğulanıb.
Bidirilib ki, vitse-prezident Cevdet Yılmazın iştirakı ilə yanvar16-da keçirilən İqtisadi Təşkilatların Qiymətləndirilməsi görüşündə nə Yılmaz, nə də Baş nazir Ünal Üstel bu istiqamətdə heç bir tələb və ya təklif irəli sürməyiblər; onlar yalnız iqtisadi təşkilatların tələb və təkliflərini dinləyiblər.
TAHİR