Böyük Britaniyanın Baş naziri Kir Starmer Qrenlandiya və Arktikanın təhlükəsizliyi ilə bağlı mövqelərini açıqlayıb. Medianın yaydığı məlumata görə, o, bildirib ki, Böyük Britaniyanın Qrenlandiya ilə bağlı mövqeyi aydındır. Ada Danimarka Krallığının tərkib hissəsidir və onun gələcəyi Qrenlandiya xalqı və danimarkalıların qərarına aiddir. Arktikanın təhlükəsizliyi bütün NATO üçün mühüm əhəmiyyət daşıyır və müttəfiqlər Arktikanın müxtəlif bölgələrində Rusiyadan gələcək mümkün təhdidlərə qarşı birgə şəkildə daha çox iş görməlidirlər.
Baş nazir həmçinin qeyd edib ki, NATO müttəfiqlərinin kollektiv təhlükəsizliyi naminə atdıqları addımlara görə onlara qarşı tariflərin tətbiqi tamamilə yanlışdır. Böyük Britaniya bu məsələni birbaşa ABŞ administrasiyası ilə müzakirə edəcək.
Qeyd edilir ki, ABŞ Qrenlandiyaya görə 8 Avropa ölkəsinə xüsusi tarif tətbiq edib.
İradə SARIYEVA