İranda etirazlar fonunda ABŞ-la gərginlik də artır. İki gün əvvəl ABŞ prezidenti Donald Tramp İranda edamların dayandırıldığı barədə məlumat aldıqlarını bildirib. Tramp daha sonra İran hökumətinin bir gündə 800-dən çox planlaşdırılan edamı ləğv etməsinə "böyük hörmətini" ifadə edərək minnətdarlığını bildirib.
Bu gün isə İran lideri Ayətullah Əli Xamenei son iki həftədəki hadisələrin ölkəni dərindən sarsıtdığını bildirərək, etirazların arxasında ABŞ və İsrailin olduğunu iddia edib. Zorakılığa görə Vaşinqton və Təl-Əvivi məsul tutan Xamenei Trampın "günahkar" olduğunu deyib.
"Son hadisələr Amerikanın bir planı idi", deyən Xamenei ABŞ-ın məqsədinin İranı zəiflətmək olduğunu iddia edib. Ölkəni müharibəyə sürükləməyəcəklərini vurğulayan dini lider, bu işdə məsuliyyət daşıyan həm daxili, həm də xarici qüvvələrin mütləq hesab verəcəyini deyib.
Xameneinin açıqlamasından bir neçə saat sonra Tramp yeni bir təhdidlə yenidən diqqət mərkəzinə gəlib. “Politico”ya danışan Tramp deyib ki, İranda yeni bir lider axtarmağın vaxtıdır.
TAHİR