Danimarka Silahlı Qüvvələrinin mətbuat xidmətinin məlumatına görə, iki Danimarka F-35 qırıcı təyyarəsi və bir Fransa MRTT tanker təyyarəsi cənub-şərqi Qrenlandiya üzərində təlim uçuşları həyata keçirib.
Danimarka Silahlı Qüvvələrinin mətbuat açıqlamasına görə, məqsəd birgə hava yanacaqdoldurma əməliyyatları, uzunmənzilli uçuşlar və sərt Arktika şəraitində təhlükəsizlik üzrə təcrübə aparmaq olub.
Qeyd edək ki, yanvarın 15-də Fransa prezidenti Emmanuel Makron Fransa hərbi heyətinin Qrenlandiyadakı Danimarka hərbi təlimlərinə qoşulacağını elan edib. "Arktika Dəstəyi" adlandırılan bu əməliyyat adada kəşfiyyat aparmaq və regionda təhlükəsizliyi gücləndirmək imkanlarını araşdırmaq məqsədi daşıyır.
Təlimdə Almaniya da iştirak edib.
SAMİRƏ