ABŞ Prezidenti Donald Tramp Türkiyə lideri Rəcəb Tayyib Ərdoğana məktub göndərərək, onu Qəzzada keçiriləcək beynəlxalq "Sülh Şurası"na "təsisçi üzv kimi" qoşulmağa dəvət edib.
Bu barədə Türkiyə Prezident Administrasiyasının kommunikasiya rəhbəri Burhanəddin Duran sosial mediada məlumat verib.
"ABŞ Prezidenti Donald Tramp, Sülh Şurasının təsisçi sədri kimi, Prezidentimiz Rəcəb Tayyib Ərdoğanı Sülh Şurasının işində təsisçi üzv kimi iştirak etməyə dəvət edən məktub göndərib"- məlumatda deyilir.
Qeyd edək ki, Tramp 16 yanvarda "Sülh Şurası"nın yaradıldığını elan edib. Amerika liderinin şəxsən sədrlik edəcəyi bu qurumun yaradılması, beynəlxalq qüvvələrin yerləşdirilməsi ilə yanaşı, Qəzza üçün sülh planının bir hissəsidir.
SAMİRƏ