Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) direktoru Rafael Qrossi Rusiya və Ukrayna arasında Zaporojye Atom Elektrik Stansiyasındakı ehtiyat elektrik xəttinin təmiri üçün yerli atəşkəs rejiminin tətbiqi barədə razılığa gəldiyini açıqlayıb.
“Bu gün AEBA Rusiya ilə Ukrayna arasında yerli atəşkəs rejiminin tətbiqi barədə razılıq əldə etdi. Bu, Ukraynanın Zaporojye Atom Elektrik Stansiyasında qalan son ehtiyat elektrik xəttində təmir işlərinə başlamağa imkan verəcək”, - deyə agentliyin saytında dərc olunmuş açıqlamada qeyd olunub.
ZÜMRÜD