ABŞ prezidenti Donald Tramp, İranda etirazçılara "ölümcül güc" tətbiq ediləcəyi təqdirdə, İrana müdaxilə edəcəyini demişdi. Lakin Tramp İrana potensial hücumdan müvəqqəti olaraq imtina etmiş kimi görünür.
Britaniyanın "The Guardian" qəzeti Türkiyə və Körfəz ölkələrinin diplomatiyasının Trampın qərarını dəyişməsində mühüm rol oynadığını yazıb.
Bildirilir ki, Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər və Oman, Vaşinqtonun potensial hücumunun Yaxın Şərqdə böyük və həllolunmaz münaqişəyə səbəb ola biləcəyi barədə xəbərdarlıq edərək, Trampı İrana hava hücumları etməməyə çağırıblar.
Müttəfiq ölkələrin xaosla bağlı xəbərdarlıqları Trampı çərşənbə axşamı hərbi əməliyyatdan müvəqqəti olaraq imtina etməyə inandırıblar.
TAHİR