ABŞ Venesueladan Rusiya və Çini "ölkədən qovmasını" tələb edib. ABC News-un xəbərinə görə, ABŞ administrasiyası bu tələbləri Venesuela hakimiyyətindən daha çox neft hasil etmək üçün icazə almaq məqsədilə irəli sürüb.
Kanal ABŞ administrasiyasının planı ilə tanış olan üç mənbəyə istinadən xəbər verir ki, Venesuela hakimiyyəti daha çox neft hasil etməyə icazə verilməzdən əvvəl Ağ Evin tələblərinə əməl etməlidir.
Administrasiya tələbləri Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigezə çatdırıb. Mənbələr bildirib ki, birincisi, ölkə Çin, Rusiya, İran və Kubanı ərazisindən qovmalı və iqtisadi əlaqələrini kəsməlidir. İkincisi, Venesuela neft istehsalında yalnız ABŞ ilə əməkdaşlıq etməyə və ağır xam neftin satışında ABŞ-a üstünlük verməyə razı olmalıdır.
Bundan əlavə, bir mənbəyə görə, ABŞ dövlət katibi Marko Rubio 5 yanvarda qapalı brifinqdə qanunvericilərə bildirib ki, mövcud neft tankerləri dolu olduğu üçün ABŞ-ın Venesuelaya təzyiq göstərə biləcəyinə inanır. Rubio həmçinin qanunvericilərə bildirib ki, ABŞ-ın hesablamalarına görə, Karakasın neft ehtiyatlarını satmadan maliyyə cəhətdən müflis olması üçün cəmi bir neçə həftəsi var.
Bu da sizə “demokratiya beşiyi”ndən örnəklər…
SAMİRƏ