Prezident Donald Tramp ABŞ ordusunun, onun əmri ilə Venesuelaya hava hücumları, Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşını ələ keçirərək mühakimə olunmaq üçün ABŞ-a aparması ilə bağlı yeni açıqlamalar verib.
Tramp, dünyanın heç bir ölkəsinin belə bir əməliyyat keçirə bilməyəcəyini iddia edib: "Maduronu qaçırmaq üçün keçirdiyimiz əməliyyatı dünyanın heç bir ölkəsi keçirə bilməz. Biz sübut etdik ki, ən güclü ordumuz var. Dünyanın ən böyük, ən ölümcül və ən qorxunc ordusuna sahibik".
Venesueladakı siyasi vəziyyətə toxunan Tramp, Maduronun sonundan məmnunluğunu ifadə edib. Venesuela xalqının Maduro hakimiyyəti dövründə çox əziyyət çəkdiyini deyən Tramp özünü kral adlandırıb: "Mən kralam".
ABŞ-da keçiriləcək ara seçkilərlə bağlı açıqlamasında isə Tramp, Respublikaçılar seçkilərdə qalib gəlməsələr, onu vəzifəsindən uzaqlaşdıracaqlarını iddia edib: "Əgər ara seçkilərdə qalib gəlməsək, məni vəzifədən uzaqlaşdıracaqlar. Məni heç bir səbəb olmadan iki dəfə vəzifədən uzaqlaşdırdılar. Məni impiçment edəcəklər".
TAHİR