Rusiyanın Kostroma vilayətinin Neya rayonunda hərbi bazaya pilotsuz təyyarə hücumundan sonra yanğın baş verib. Region qubernatoru Sergey Sitnikov gecə baş verən hücum zamanı PUA qalıqlarını düşməsinin hərbi bazada yanğına səbəb olduğunu açıqlayıb. Məlumata görə, yanğın söndürülüb.
Qubernator hücumdan sonra təcili iclas keçirib və hadisənin təfərrüatlarını bölüşüb. O, hərbi bazadakı bir neçə binanın pəncərələrinin sındırğını, ərazinin hələ də əməliyyat qrupları tərəfindən araşdırıldığını və mülki şəxslərin girişinin məhdudlaşdırıldığını bildirib.
Neyanın cənub hissəsinin sakinləri üçün 1200 nəfərlik müvəqqəti sığınacaq hazırlanıb. İndiyə qədər 30 nəfər ora yerləşdirilib və onların əsas ehtiyacları ödənilir. Bütün bunların nə üçün edildiyi və ümumiyyətlə hücumun miqyası barədə heç nə deyilmir. Sadəcə sakinlərin köçürüldüyü və tibbi xidmətlər və hətta "tibbi təyyarənin" potensial xəsarətlər üçün hazır vəziyyətə gətirildiyi bildirilir.
Digər tərəfdən, rəsmi açıqlamalarda heç bir itki və ya ciddi xəsarət qeyd olunmasa da, tibbi hazırlıqlar və sığınacağın tutumu hakimiyyət orqanlarının hücumun potensial təsirinə hazırlaşmağa çalışdığını göstərir.
Hərbi ziyanın miqyası ilə bağlı detalların olmaması da diqqət çəkir.
Bu hadisə bir daha Ukrayna-Rusiya münaqişəsinin nə dərəcədə gərginləşdiyini, Rusiyanın daxilindəki hərbi obyektləri hədəf alan pilotsuz təyyarələrin zərbələrinin nə dərəcədə artdığını ortaya qoyur.
Tahir TAĞIYEV