Financial Times qəzetinin Danimarka rəsmilərinə istinadən verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp Qrenlandiyada ada üzərində nəzarəti bərqərar etmək üçün qorxutma taktikasından inandırma mərhələsinə keçib.
FT-nin mənbələrindən birinə görə, ABŞ Qrenlandiya üzərində nəzarəti bərqərar edərsə, "onlar istədiklərini əldə edə bilərlər". "Bəs bundan sonra nə baş verəcək? Bizim qorxumuz budur", - deyə mənbə bildirib.
Donald Trampın "yumşaq taktika"ya keçdiyi bildirilən xəbərdə deyilir ki, o, ABŞ-ın milli təhlükəsizliyini təmin etmək üçün Qrenlandiyaya ehtiyacı olduğunu bildirib. Politico-ya görə, Vaşinqton 4 iyul Müstəqillik günündən əvvəl adanı ilhaq etməyə çalışacaq.
Qeyd edək ki, 1953-cü ilə qədər Qrenlandiya Danimarka müstəmləkəsi idi. 2009-cu ildə adaya muxtariyyət verildi və bu ona özünü idarə etməyə və öz daxili siyasətini həyata keçirməyə imkan verdi, lakin krallığın bir hissəsi olaraq qaldı.
SAMİRƏ