Venesuela müxalifət lideri və 2025-ci il Nobel Sülh Mükafatı laureatı Mariya Korina Maçado Tramp administrasiyasının Latın Amerikası ölkəsinə qarşı atdığı addımı, qəbul etdiyi qərarı dəstəkləyib.
Hazırda mühacirətdə olan Maria Korina Maçado ABŞ tərəfindən Prezident Nikolas Maduronun həbs edilməsindən sonra verdiyi ilk müsahibədə vətəninə qayıdacağını bəyan edib. “Biz, Venesuela xalqı, ona və onun administrasiyasına çox minnətdarıq, çünki mən onu bu yarımkürədə azadlığın müdafiəçisi hesab edirəm”-deyə Maçado bildirib.
58 yaşlı və üç uşaq anası olan mühacir siyasətçi Korina Maçado həmçinin Trampın Latın Amerikasındakı bütün strategiyasını dəstəklədiyini vurğulayıb. O,
D.Trampı tərifləməklə yanaşı Venesuelada seçkilər keçirilməsini tələb edib.
İradə SARIYEVA