"Qərb Kiyevə 15 ildən 30 ilə qədər müddətə təhlükəsizlik zəmanəti vermək modelini müzakirə edir”. TASS-ın məlumatına görə, bunu Litva Prezidentinin müşaviri Asta Skaysgirite bildirib.
Baltikyanı respublika prezidentinin müşaviri Skaysgirite “Zinu Radijas" radiostansiyasına radiostansiyasınadakı çıxışında deyib ki, Litva təhlükəsizlik zəmanətlərinin bir hissəsi olaraq Ukraynaya 150-yə qədər əsgər, silah və hərbi texnika göndərməyə hazırdır.
“Biz Ukraynaya verilə biləcək ən uzunmüddətli zəmanətləri dəstəkləyirik və kontingentimizlə iştirak etməyə hazırıq. Sülh əldə edildikdən sonra Litva Ukraynaya 150-yə qədər əsgər, silah və zəruri hərbi texnika göndərməyə hazırdır”-deyə Skaysgirite bəyan edib.
Müşavirin sözlərinə görə, Qərb Kiyevə 15 ildən 30 ilə qədər müddətə təhlükəsizlik zəmanətlərinin verilməsi modelini müzakirə edir.
Skaysgirite vurğulayıb ki, Vilnüs Ukraynaya Litvanın ümumi daxili məhsulunun 0,25%-nə bərabər hərbi yardım göstərməyi öhdəsinə götürüb. O, rəsmi Vilnüsün bu öhdəliyə sadiq olduğunu bildirib.
İradə SARIYEVA