ABŞ-ın Qrenlandiya üzərində nəzarəti ələ keçirmək cəhdi NATO-nun dağılmasına səbəb ola bilər. Belə bir açıqlama ilə Danimarkanın Baş naziri Mette Frederiksen çıxış edib.
Associated Press (AP) agentliyinin məlumatına görə, Danimarka Baş naziri bildirib ki, ABŞ Qrenlandiya üzərində nəzarəti ələ keçirmək qərarına gələrsə, Şimali Atlantika Alyansı dağıla bilər: "Əgər ABŞ başqa bir NATO ölkəsinə qarşı hərbi güc tətbiq etmək qərarına gələrsə, hər şey dayanacaq."
Bu açıqlama ABŞ-ın Venesuelaya hücumundan qısa müddət sonra verilib. O ərəfədə ABŞ Prezidenti Donald Tramp deyib ki, "digər tərəflər Venesuelada hərbi əməliyyatların Qrenlandiya məsələsi üçün nə demək olduğuna özləri qərar verməlidirlər."
Qeyd edilir ki, daha əvvəl Tramp ABŞ-ın milli təhlükəsizlik üçün Qrenlandiyaya ehtiyacı olduğunu bildirmişdi və buna görə də Vaşinqton Danimarkanın muxtar ərazisi olan adaya nəzarəti ələ keçirməkdə israr edir.
SAMİRƏ