Politico mənbələrə istinadən xəbər verir ki, ABŞ administrasiyası Venesuelanın müvəqqəti lideri Delsi Rodrigezdən ABŞ ilə münasibətlərin möhkəmləndirilməsinə yönəlmiş bir sıra tədbirlər görməsini tələb edib.
Nəşrin məlumatına görə, qaçırılan Prezident Nikolas Maduronun varisinin narkotik qaçaqmalçılığının qarşısını almasıvə ABŞ-a dost olmayan ölkələrə neft tədarükünün dayandırılması üçün konkret addımlar atması gözlənilir. Vaşinqton həmçinin ondan Kuba, İran və digər "düşmən" ölkələrin nümayəndələrini ölkədən çıxarmasını gözləyir. Ağ Evin məlumatına görə, bundan sonra Delsi Rodrigezin istefası gözlənilir. Politico mənbələri qeyd edib ki, prezident Donald Tramp seçkilərdən sonra hakimiyyətin ötürülməsi üçün konkret bir zaman təyin etməyib.
"Politico"nun məlumatına görə, yeni Venesuela lideri üçün digər bir tələb həbsdə olan ABŞ vətəndaşlarının azadlığa buraxılması ola bilər. Nəşrə danışan şəxs Venesuela müxalifətinin nümayəndələrinin də azadlığa buraxılmasının nəzərdə tutulub-tutulmadığını dəqiq bilmir.
Yüksək vəzifəli ABŞ rəsmisi "Politico"ya bildirib ki, Tramp administrasiyası hazırda "ABŞ maraqlarını güdərkən ölkənin sabitliyini" təmin etməyə diqqət yetirir. Xanım Rodrigezin qarşısına qoyulan tələblərlə bağlı isə o, şərh verməkdən imtina edib.
SAMİRƏ