Beynəlxalq maliyyə agentliyi “Bloomberg”, ABŞ administrasiyası daxilindəki anonim mənbəyə istinadən, Dövlət Katibi Marko Rubionun Venesuelada yaradılacaq müvəqqəti ABŞ nəzarət mexanizminin əlaqələndirilməsindən məsul olduğunu iddia edir.
Bu iddia, Prezident Donald Trampın Maduronun tutulmasından sonra "hakimiyyətin təhlükəsiz və müvafiq şəkildə ötürülməsinə qədər" ölkəni idarə edəcəklərini açıqlamasından sonra ortaya çıxıb.
“The Wall Street Journal”, Marko Rubio, Daxili təhlükəsizlik müşaviri Stiven Miller və müdafiə naziri Pit Heqsetdən ibarət bir qrupun Venesuelanı idarə etmək üçün bir model üzərində işlədiyini bildirib. “The Washington Post”, isə Rubionu Venesuelanın "general-qubernatoru" kimi təqdim edib.
TAHİR