Vaşinqton ABŞ-ın qurulmasının 250 illiyi ilə üst-üstə düşən 4 iyul tarixinə qədər Qrenlandiya üzərində siyasi nəzarət qurmağı hədəfləyir. "Politico"nun məlumatına görə, bu addımın 2026-cı il ara seçkilərindən əvvəl iqtidara potensial üstünlük verəcəyi düşünülür.
Qəzetə danışan ekspertlər buna hərbi əməliyyatla deyil, yerli siyasətçiləri hədəf alan təzyiq və təsir kampaniyaları vasitəsilə nail ola biləcəklərini və Vaşinqtonun bu məqsədlə "müxtəlif metodlara malik olduğunu" bildiriblər.
ABŞ prezidenti Donald Tramp 4 yanvarda ölkəsinin Qrenlandiyaya "mütləq ehtiyacı olduğunu" bildirərək, adanın "Rusiya və Çin gəmiləri ilə əhatə olunduğunu" iddia edib.
TAHİR